Fransa-Ermənistan dostluq qrupunun üzvü həbs edilib
Bizi izləyin

Dünya

Fransa-Ermənistan dostluq qrupunun üzvü həbs edilib

Fransa-Ermənistan dostluq qrupunun üzvü, Yuxarı Sena regionundan senator Filip Kaltenbax korrupsiya əməlində ittiham olunaraq 2 il azadlıqdan məhrumetmə və 20 min avro cərimə cəzasına məhkum edilib.

Nanter məhkəməsinin qərarına görə, o, 5 il müddətinə seçib-seçilmək hüququndan da məhrum olub. Fransalı senator köməkçisindən nəğd pul aldığını əks etdirən video yazılara əsasən həbs edilib.

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyinə görə Filip Kaltenbaxın adı Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm