Ukraynada prezidentliyə ilk namizədin adı bəlli oldu
Bizi izləyin

Dünya

Ukraynada prezidentliyə ilk namizədin adı bəlli oldu

Ukraynanın ilk prezidentliyə namizədin adı bəlli oldu

Ukraynada 25 May tarixində keçiriləcək prezident seçkilərində iştirak edəcək ilk namizəd qeydiyyatdan keçib.Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti prezidentliyə ilk namizədin Renat Kuzmin olduğunu bildirib.

R.Kuzmin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin keçmiş müavinidir. O, 5 Mart tarixində vəzifəsindən azad olunub. “Seçki qanunvericiliyinə uyğun olaraq Renat Kuzminin prezidentliyə namizədliyi qeydə alınıb. 1967-ci il təvəllüdlü Renat Kuzmin ali təhsillidir, partiya mənsubiyyəti yoxdur və Kiyev şəhərində yaşayır”, - MSK-nın məlumatında deyilir.

İxtisasca vəkil olan R.Kuzmin daha əvvəllər baş prokurorun birinci müavini vəzifəsini tutub və sabiq baş nazir Yuliya Timoşenkoya qarşı cinayət işinə nəzarət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm