Rusiya Əsədə 100 gəmi göndərdi
Bizi izləyin

Dünya

Rusiya Əsədə 100 gəmi göndərdi

Rusiya son həftələr dəniz yolu ilə Bəşər Əsəd rejiminə rekord səviyyədə yardım edib.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, hərbi sursat, yanacaq, taxıl və ərzaq daşıyan 100-dən çox yük gəmisi Suriyaya göndərilib.

Dəniz kəşfiyyatı və beynəlxalq ticarət təşkilatlarının xəbərinə görə, yük gəmilərinin bir hissəsi birbaşa Rusiyadan, bəziləri Rumıniyanın Konstansa limanından, bir hissəsi də Misir və Livan kimi ölkələrdən yola çıxıb.

Məlumata görə, avqust ayının sonunda Tartus limanına yalnız 7 gəmi gəlib, ancaq keçən həftə onların sayı 29-a çatıb. Sentyabr ayının ortalarından 21 oktyabr tarixinə qədər isə Tartus limanına 95 gəmi gəlib. Suriyanın Lazikiye limanına isə eyni müddətdə 34 gəmi daxil olub.

Rusiya hökumətindən isə bir mənbə hökumətin Suriyaya yük göndərilməsi üçün hər hansı təlimat vermədiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm