Vyanada Suriya sammiti başladı
Bizi izləyin

Dünya

Vyanada Suriya sammiti başladı

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Vyanada ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Suriyada vəziyyətin nizama salınması nazirlərin görüşünün əsas mövzusu olub.

Danışıqlar qapalı keçirilib. Lavrov və Kerri jurnalistlərə yalnız əl sıxma zamanı görüntü almağa icazə veriblər. “Siz, həqiqətənmi, Bəşər Əsədin iştirakı ilə 18 aylıq keçid dövrü barədə razılaşdınız?” - amerikalı jurnalistlərdən biri sual verib. Ancaq siyasətçilər suala əhəmiyyət vermədən danışıqlar masasına əyləşiblər.

Danışıqlar daha sonra “kvartet” şəkildə davam etdiriləcək. Danışıqların növbəti mərhələsində Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlu və Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr iştirak edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm