BMT-dən SOS: 30 min insan aclıqdan ölə bilər
Bizi izləyin

Dünya

BMT-dən SOS: 30 min insan aclıqdan ölə bilər

BMT vətəndaş müharibəsinin yaşandığı Cənubi Sudanda 30 min insanın aclıqdan ölmə riskinin olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, 2011-ci ildə Sudandan ayrılan dünyanın ən gənc ölkəsi Cənubi Sudanda liderlik yarışı səbəbiylə 2013-ci ildə vətəndaş müharibəsi baş verib.

2 milyondan artıq insanın evlərini tərk etmək məcburiyyətində qaldığı ölkədə rəsmi olaraq “qıtlıq” açıqlaması verilməsə də, 22 aydır davam edən vətəndaş müharibəsində insanların çətin şərtlərdə yaşadığı bildirilir.

620 min insanın qaçqın olaraq başqa ölkələrə sığındığı Cənubi Sudanda vəziyyətdən ən çox zərərçəkənlər isə qadınlar və uşaqlardır.

Ölkədə yardıma ehtiyacı olan 4.6 milyon insan üçün 1.6 milyard dollar lazım olduğunu açıqlayan BMT, bu vəsaitin sadəcə 54 faizini toplaya bilib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm