Əhmədinejadın şəxsi mühafizəçisi Suriyada öldürüldü - FOTO
Bizi izləyin

Dünya

Əhmədinejadın şəxsi mühafizəçisi Suriyada öldürüldü - FOTO

İranın keçmiş prezidenti Mahmud Əhmedinejadın şəxsi mühafizəçisi Suriyadakı qarşıdurmalarda öldürülüb.

Publika.az İran mediasına istinadən xəbər verir ki, Abdullah Bakiri Niyareki Suriyanın Hələb şəhərində dünyasını dəyişib.

Məlumata görə, Niyareki Həzrəti Zeynəbin türbəsinin mühafizəsi məqsədi ilə Suriyaya gedib. Onun sabah paytaxt Tehranda təşkil ediləcəyi mərasimdən sonra dəfn ediləcəyi bildirilir.

Niyarekinin hansı şəraitdə və kimlər tərəfindən öldürüldüyü barədə məlumat verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm