Türkiyəni qana boyayacaq 4 kamikadze axtarılır – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyəni qana boyayacaq 4 kamikadze axtarılır – FOTOLAR

İŞİD terror təşkilatının üzvləri olan və genişmiqyaslı terror aktları törətməyi planlaşdıran 4 nəfər Türkiyənin bütün vilayətlərində axtarılır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik və kəşfiyyat strukturları onların Suriyadan keçdiklərini müəyyənləşdirib.

Onlardan birinin qadın və Qazaxıstan vətəndaşı olduğu bildirilir. Mitinq meydanlarında terror aktları törətmək üçün əmr gözləyən terrorçulardan 3-nün Suriyadakı “Toxucular” qrupunun üzvləri olduğu deyilir.

Təhlükəsizlik gücləri saxta şəxsiyyət vəsiqələrindən istifadə edən terrorçuların fotoşəkillərini yayıb. 1993-cü ildə Adıyamanda doğulan Ömər Dəniz Dündar “Əmrə Qaya”, 1983-cü ildə Adanada doğulan Savaş Yıldız “Hamza Tonbak”, 1995-ci ildə Adıyamanda doğulan Məhəmməd Zana Alkan “Murad Özalp” və 1995-ci ildə Qazaxıstan doğulan qadın terrorçu Valentina Slobodyanjuk isə “Ulduz Bozkurt” adına saxta şəxsiyyət vəsiqəsindən istifadə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm