PKK üçün şok iddia: “Arxasında 28 dövlət var”
Bizi izləyin

Dünya

PKK üçün şok iddia: “Arxasında 28 dövlət var”

“Türkiyənin üç-beş təşkilatla mübarizə aparmır. PKK-nın arxasında 28 dövlət var”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkilliyinə namizədi Cəmil Çiçək deyib.

Türkiyədə qeyri-müəyyən bir mühit olduğunu deyən Cəmil Çiçək bunun da hər kəsə dərindən təsir etdiyini söyləyib.

“Terrorun arxasında bəzən eyni qibləyə yönəldiyimiz, bəzən eyni ittifaq daxilində olduğumuz, bəzən də hər ikisi birdən olan beynəlxalq güclər var. Bu fikir yanlışdır ki, dövlətin bu qədər əsgəri var, niyə onları məhv etmir. Türkiyə üç-beş təşkilatla mübarizə aparmır, PKK-nın arxasında 28 dövlət var. Türkiyə bu 28 dövlətlə mübarizə aparır”, - keçmiş spiker deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm