
“Valday” diskussiya klubunun iştirakçılarından biri Putindən şahin, yoxsa göyərçin olduğunu soruşub.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Putin “Mən göyərçinəm, amma mənim çox güclü dəmir qanadlarım var”, - deyə cavab verib.
“Kommersant'" əlavə edir ki, prezident cavab zamanı əllərini yana açaraq “qanadları”nın imkanlarını göstərib.
Qeyd edək ki, “Valday” diskussiya klubunun forumu Soçidə oktyabrın 19-dan 22-dək keçirilb. Rusiya prezidenti oktyabrın 22-də forumun sessiyalarında çıxış edib.
Ömər Dağlı