Aralıq dənizində möcüzə – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Aralıq dənizində möcüzə – VİDEO/FOTOLAR

Aralıq dənizində növbəti bir Aylan faciəsinin baş verməsinin qarşısı son anda alınıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydın vilayətinin Quşadası mahalında balıq ovuna çıxan balıqçılar bir körpəni xilas ediblər.

Ölmək üzrə olan 18 aylıq körpənin xilas edilməsi görüntüləri ortaya çıxıb. Balıqçılar “Allahım, bu canlıdır!” deyərək sevincdən qışqırırlar. Adının Məhəmməd Həsən olduğu deyilən suriyalı körpənin ailəsi ilə oktyabrın 21-də İtaliyaya yola çıxdığı bildirilir. Lakin onlarla insanın olduğu gəmi qəzaya uğrayıb. Biri hamilə olmaqla 14 nəfərin həyatını itirdiyi xəbər verilir.

Xatırladaq ki, sentyabrın 2-də Avropaya gedən 3 yaşlı Aylan ailəsi ilə birlikdə Aralıq dənizində batmışdı. Aylanın sahilə çıxan cansız bədəni günlərlə bütün dünyanın gündəminə çevrildi. Oktyabrın 5-də isə Aralıq dənizində ikinci bir Aylan faciəsi baş verib. Yunanıstanın İstanköy adasındakı bir çimərlikdə Avropa yolçusu olduğu təxmin edilən 4 yaşlarındakı bir oğlan uşağının cansız bədəni tapılıb.

Oktyabrın 17-də isə Yunanıstan sahil təhlükəsizlik xidməti sahildə qız uşağının cəsədini tapıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm