Krım necə zəbt olundu? - Generaldan açıqlama
Bizi izləyin

Dünya

Krım necə zəbt olundu? - Generaldan açıqlama

Ukraynanın ordu generalı, Xarici Kəşfiyyat Xidmətinin sabiq başçısı Nikolay Malomuj Krımın Rusiya tərəfindən ilhaqının səbəblərindən danışıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, general Ukrayna kəşfiyyatının Krımın tutulması üçün Rusiya tərəfindən hazırlanan plan barədə məlumat verdiyini, ancaq dövlətin ali rəhbərliyinin buna lazımı əhəmiyyət vermədiyini deyib.

“Xarici Kəşfiyyat Xidməti Rusiya Təhlükəsizlik Şurasında Krım üzrə planın hazırlandığını bilirdi. Həmin vaxt Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinovdan təcili və effektiv tədbirlərin görülməsi tələb olundu. Amma siyasi rəhbərlik diversantların neytrallaşdırılması üzrə əks-kəşfiyyat tədbirlərini yerinə yetirmədi. Bu isə Rusiyaya öz diversantları və kəşfiyyatçıları Krıma daxil etməyə, nəticədə Krımı zəbt etməyə imkan verdi”, - ukraynalı general söyləyib.

Avqust ayında “Bloomberg” agentliyi isə belə bir iddia irəli sürüb ki, ABŞ 2014-cü ilin əvvəlində Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasının qarşısını alıb. Agentliyin əməkdaşları “Ukrayna ötən il Krımı Rusiyanın “yaşıl adamcığazları”ndan niyə müdafiə etmədi” sualına cavab tapmaq üçün araşdırma aparıblar. Bildirilir ki, Rusiya tərəfindən Krımın ilhaqı başlananda Ukrayna hökuməti “yaşıl adamcığazlar”la vuruşaq, yoxsa vuruşmayaq” müzakirələrini apardığı bir vaxtda Barak Obama administrasiyasıMoskva ilə hərbi qarşıdurmadan yayınmağı əmr edib.

Agentlik qeyd edir ki, Ağ Evdən gələn siqnal sadəcə bir əmr deyildi, bir neçə konkret amilə söykənirdi.

Birincisi, aydın deyildi ki, Rusiya nə etmək istəyir. İkincisi, Ukrayna qoşunu Rusiyanın “xüsusi təyinatlı dəstələri”nə qarşı durmaq vəziyyətində deyildi. Üçüncüsü isə, həmin vaxt Kiyevdə müvəqqəti hökumət var idi. Amerika nümayəndələrinin sözlərinə görə, Ağ Ev ehtiyat edirdi ki, Ukrayna qoşunları Krımda silahlı müqavimət göstərsə, bu Putinin Ukraynaya böyük hərbi müdaxiləsinə bəraət verərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm