Çin patrul gəmiləri Yaponiyanın ərazi sularına daxil olub
Bizi izləyin

Dünya

Çin patrul gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Çinin iki patrul gəmisi Cənub-Çin dənizindəki Senkaku adaları yaxınlığında Yaponiyanın ərazi sularına daxil olub.

Yaponiya Sahil Mühafizəsinin nümayəndələri bildiriblər ki, hadisə oktyabrın 24-də yerli vaxtla səhər saat 10-dan sonra Uotsori adası yaxınlığında baş verib. Çin gəmilərinin təxminən iki saat həmin sularda qaldığı və günortadan sonra ərazini tərk etdiyi bildirilir.

Bu, oktyabrın 9-dan sonra Çin gəmilərinin Senkaku adaları yaxınlığında Yaponiya ərazi sularına daxil olduğu ilk hadisədir. Bundan əlavə, oktyabrın 24-ü cari ildə belə qayda pozuntularının qeydə alındığı 29-cu gündür.

Senkaku adaları Yaponiyanın nəzarəti altındadır. Yaponiya hökuməti məsələyə məhz həmin adaların yapon ərazisi olması mövqeyindən yanaşır. Çin və Tayvan da həmin adalara iddialıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm