İraq ABŞ-dan üz döndərdi: Rusiyadan yardım istənildi
Bizi izləyin

Dünya

İraq ABŞ-dan üz döndərdi: Rusiyadan yardım istənildi

İraq parlamenti ölkə ərazisində Rusiyanın İŞİD-ə qarşı hava əməliyyatı keçirməsinə icazə verib.

Publika.az İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Hakim Əl-Zamili bildirib.

Onun sözlərinə görə, Moskva və Bağdad Suriyadan İraqa qaçan İŞİD silahlılarına qarşı hava əməliyyatın keçirilməsi barədə razılaşıb. Komitə sədri bu əməliyyatların sayəsində İraqdan Suriyaya İŞİD üzvləri və silah axınına da son qoyulacağını söyləyib.

Qeyd edək ki, Rusiya sentyabr ayının 30-dan Suriyada İŞİD-ə qarşı hava hücumları təşkil edir. ABŞ Rusiyanın İraqda hava əməliyatları keçirməsinə qarşı olduğunu bildirib və bu barədə İraq hökumətini də xəbərdar edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm