
İŞİD terror təşkilatı əsir götürdüyü Suriya ordusunun əsgərini tankla əzərək öldürüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fadi Əmir əl-Zeydan adlı 19 yaşındakı əsgərin Suriya Hərbi-Hava Qüvvələri üçün kəşfiyyat məlumatları toplayarkən tutulduğu bildirilir.
İŞİD sentyabr ayında verdiyi bəyanatında ələ keçirilən Suriyalı əsgərlərin tanklarla əzilərək edam ediləcəyini açıqlamışdı.