Avropa Birliyi yaxın həftələrdə dağılacaq – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Avropa Birliyi yaxın həftələrdə dağılacaq – ŞOK PROQNOZ

Qaçqın böhranını müzakirə etmək üçün Avropa Birliyinin səlahiyyətliləri Balkan və Şərqi Avropa ölkələrinin liderləri ilə bir araya gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerin çağırışı ilə Bolqarıstan, Xorvatiya, Almaniya, Yunanıstan, Macarıstan, Rumıniya, Serbiya və Sloveniya toplantıya qatılıb.

Toplantıda Avropa Birliyinin gələcəyi barədə bədbin proqnozlar səslənib. Sloveniyanın baş naziri Miro Cerar bir neçə həftə ərzində lazımi addımlar atılmasa, Avropa Birliyinin dağılmağa başlayacağını söyləyib.

Avropa Komissiyasının başçısı isə toplantıdan əvvəl Almaniyanın “Bild” nəşrinə açıqlamasında hər keçən günün çox əhəmiyyətli olduğunu deyib. “Tələsməsək, çox yaxın günlərdə Balkanlardakı soyuq çaylarda insanların öldüyünü görməyə başlayacağıq”, - Jan-Klod Yunker xəbərdarlıq edib.

Macarıstan ötən həftə Serbiya və Xorvatiya ilə sərhədlərini bağlayıb. Qaçqınlar bundan sonra Sloveniyaya üz tutublar. İki milyon əhalisi olan Avropa ölkəsinə 4 gündə - 17-21 oktyabr tarixlərində 34 min qaçqın daxil olub. Hazırda minlərlə qaçqın soyuq havada sərhədlərdə gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm