Tiflis Moskvaya mesaj göndərdi: “Mübarizə davam edəcək”
Bizi izləyin

Dünya

Tiflis Moskvaya mesaj göndərdi: “Mübarizə davam edəcək”

“Rusiya ilə münasibətlər müstəqilliyimiz və ərazi bütövlüyümüzün pozulması hesabına qaydaya salına bilməz”.

Publika.az “Qruziya Onlayn” saytına istinadən xəbər verir ki, bu sözləri Tiflisdə keçirilən Cənubi Qafqazın təhlükəsizliyi üzrə forumda Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

“Rusiya 12 avqust 2008-ci ildən atəşin dayandırılması haqqında saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu ölkənin Suxumi və Sxinvali ilə inteqrasiya haqqında razılaşmaları isə onu göstərir ki, Rusiya Gürcüstanın suveren ərazilərində özünün qanunsuz nəzarətini davam etdirir. Moskva beynəlxalq hüquqa məhəl qoymur. Sizi inandıra bilərəm ki, biz heç vaxt Gürcüstanın ərazi bütövlüyü üçün mübarizəmizi dayandırmayacağıq”, - Qaribaşvili bildirib.

Bununla belə, baş nazir deyib ki, davam edən işğal fonunda Gürcüstan Rusiya ilə məsuliyyətli və praqmatik münasibətlərə ehtiyac duyur: “Bu dialoqun alternativi yoxdur. Buna baxmayaraq, birmənalı şəkildə bildirirəm ki, Rusiya ilə münasibətlər müstəqilliyimiz və ərazi bütövlüyümüzün pozulması hesabına qaydaya salına bilməz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm