• USD 1,7000 0,00% EUR 2,0515 +0,55%
    • GBP 2,3645 +0,08% RUB 0,0229 +0,87%

Əfqanıstanda 8,1 bal gücündə zəlzələ – YENİLƏNİB

  • Dünya
  • 26 Oktyabr 2015 16:33
  • 2 408 Baxış
Əfqanıstanda 8,1 bal gücündə zəlzələ – YENİLƏNİB

Əfqanıstanın şimalında Rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin gücü qonşu Hindistan və Pakistanda da hiss edilib.

ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) zəlzələnin episentrinin Əfqanıstanın paytaxtı Kabilin 254 kilometr şimali-şərqindəki Hindukuş dağları, zəlzələnin ocağının isə 212,5 kilometr dərinlikdə olduğunu açıqlayıb.

Pakistan Radiosu isə zəlzələnin gücünün 8,1 bal olduğunu xəbər verib. Xeyli sayda şəhərdə elektrik enerjisi kəsilib.

“Reuters” agentliyi yerli mənbələrə istinadən ən azı 4 nəfərin öldüyünü xəbər verib.

Son məlumatlara görə, Əfqanıstanda 70 nəfər həyatını itirib. Ölənlərdən 12-nin şagird olduğu bildirilir.

Pakistanda isə son məlumatlara görə, 52 nəfər ölüb. Ən azı 150 nəfər müxtəlif zədələrlə xəstəxanalara çatdırılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet