Rusiya Krımın müstəqilliyini tanıdı - Yeniləndi
Bizi izləyin

Dünya

Rusiya Krımın müstəqilliyini tanıdı - Yeniləndi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalayıb. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.

Krımın və Sevastopolun Rusiyanın tərkibinə daxil olmaq təklifləri müzakirə ediləcək

Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasını, Dövlət Dumasını və RF hökumətini Krım parlamenti və Sevastopol Qanunvericilik Məclisinin Rusiyanın tərkibinə daxil edilməsi təklifləri və yeni subyektlərin yaradılması haqqında xəbərdar edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Putin RF Federasiya Şurasını Krım Respublikasının Dövlət Şurasının və Sevastopol şəhərinin Qanunvericilik Məclisinin Sevastopol şəhəri də daxil olmaqla Rusiyanın tərkibinə daxil edilməsi və RF tərkibində yeni subyektlərin yaradılması haqqında xəbərdar edib".

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin təxminən 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

01.36

Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalayıb. Publika.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.

"Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın", - fərmanda belə deyilir.

Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm