Amerikalı milyarder: “Səddam və Qəddafi yaşasaydı...”
Bizi izləyin

Dünya

Amerikalı milyarder: “Səddam və Qəddafi yaşasaydı...”

“Səddam Hüseyn və Müəmmər Qəddafi iqtidarda qalsaydı, dünya daha gözəl olardı”.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp “CNN International” kanalında qatıldığı bir proqramda deyib.

Amerikalı milyarderin sözlərinə görə, Yaxın Şərq qəddar iqtidarlar tərəfindən idarə olunduğu vaxt indiki dövrlə müqayisədə daha təhlükəsiz idi.

“İnsanların başları kəsilir, insanlar sularda boğularaq ölürlər. İndiki vəziyyət Səddam və Qəddafinin iqtidarda olduğu dövrdən daha pisdir. Mən Səddamın yaxşı bir insan olduğunu söyləmirəm, o qorxunc biri idi. Lakin İraq indikindən daha yaxşı vəziyyətdə idi. İraq hazırda terrorçuların təlim mərkəzidir”, - Tramp vurğulayıb.

Prezidentliyə namizəd Barak Obamanın rəhbərliyi dövründə Yaxın Şərqdə vəziyyətin pisləşdiyini dilə gətirib. O, Yaxın Şərqdəki hazırkı vəziyyətə görə keçmiş dövlət katibi Hillari Klintonun da məsuliyyət daşıdığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm