• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

İbrahim Tatlısəs namizədliyini geri götürdü - SƏBƏB

  • Dünya
  • 26 Oktyabr 2015 20:55
  • 1 095 Baxış
İbrahim Tatlısəs namizədliyini geri götürdü - SƏBƏB

Məşhur müğənni İbrahim Tatlısəs noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı pərəstişkarlarına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, İbo “Instagram”da yazdığı şərhdə namizədliyini geri çəkdiyini açıqlayıb:

"Sevgili həmyerlilərim, noyabrın 1-də, yəni bazar günü keçiriləcək seçki üçün Şanlıurfadan irəli sürdüyüm müstəqil namizədliyimi ölkəmin birliyi və bərabərliyi üçün geri çəkmişəm. Ancaq bülletenlər çoxdan çap olunduğu üçün orada mənim də adımı görəcəksiniz. Bu sizi yanıltmasın. 1 noyabr seçkilərində namizəd deyiləm. Məni namizəd zənn edib səs versəniz, səsiniz keçərli hesab olunmayacaq. Mənə səs verməyin”, - deyə yazıb.

Ləman Sultan

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR