Rusiya türk gəmiləri ilə Əsədə silah daşıyacaq
Bizi izləyin

Dünya

Rusiya türk gəmiləri ilə Əsədə silah daşıyacaq

Rusiya Suriyaya hərbi yüklərin daşınması üçün Türkiyədən 8 yük gəmisi alıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri bildirib.

Gəmilər hərbi yükləri Suriyanın Tartus limanında yerləşən Rusiyanın dəniz bazasına daşıyacaq.

Daha əvvəl isə Rusiyanın “Lenta.ru” xəbər saytı hərbi mənbələrə istinad edərək verdiyi xəbərində Rusiya donanmasının Türkiyədən aldığı yük gəmiləri ilə Suriyaya hərbi yüklər daşımağa başladığını yazmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm