Davudoğlu: “Diqqətlə baxın, məndə elə bir üz varmı?” - VİDEO
Bizi izləyin

Dünya

Davudoğlu: “Diqqətlə baxın, məndə elə bir üz varmı?” - VİDEO

Türkiyənin baş naziri Əhməd Davudoğlu Üsküdar Universitetinin tələbələri ilə görüşündə gündəmlə bağlı suallara cavab verib.

Publika.az xəbər verir ki, baş nazirə ünvanlanan suallardan biri Türkiyə hökumətinin İŞİD terror təşkilatını dəstəklədiyinə dair iddialarla bağlı olub.

“İndi mənin üzümə diqqətlə baxın, məndə İŞİD-i dəstəkləyəcək üz varmı? Bizim təmsil etdiyimiz islam İŞİD-in tamamilə əleyhinədir. İŞİD-i yox edəcək islam odur. PKK-ya qarşı əməliyyatlara başlamadan əvvəl İŞİD-ə qarşı əməliyyatlara başladıq. “Konstantiniye” adlı bir jurnal dərc ediblər. “Ən böyük düşmənlərimiz Ərdoğan və Davudoğludur” deyirlər”, - Türkiyənin baş naziri vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm