İstanbul və Konyada İŞİD əməliyyatı - VİDEO
Bizi izləyin

Dünya

İstanbul və Konyada İŞİD əməliyyatı - VİDEO

Dünən Diyarbəkirdə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar bu gün səhər saatlarında İstanbul və Konyada davam etdirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsinin qrupları helikopter və xüsusi təyinatlı polislərin dəstəyi ilə Sultanbəylidə əvvəlcədən müəyyənləşdirilən ünvanlara basqın təşkil ediblər.

Əməliyyatın gedişatında bəzi şübhəlilər saxlanılıb. Basqın edilən ünvanlardakı axtarışlar davam edir.

Konyada İŞİD-ə qarşı keçirilən əməliyyatda isə təxminən 30 nəfər saxlanılıb.

Qeyd edək ki, dünən Diyarbəkirdə keçirilən əməliyyatda 7 İŞİD üzvü öldürülüb, 12 nəfər saxlanılıb. İki polis isə şəhid olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm