Dünya
Almaniya da Əsədə veto qoydu
Almaniya hökuməti Suriya prezidenti Bəşər Əsədin keçid hökumətində yer alacağını təsəvvür etmir.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Martin Şefer mətbuat konfransında deyib.
“Türkiyə, Səudiyyə Ərəbistanı və regionda nüfuzu olan digər dövlətlər üçün bu ağlasığmazdır. Həmçinin biz də təsəvvür edə bilmirik ki, Əsəd müvəqqəti hökumətin bir hissəsi olsun”, - Martin Şefer bildirib.
O həmçinin qeyd edib ki, Əsəd Suriya vətəndaş müharibəsi dövründəki cinayətlərə görə məsuliyyət daşıyır.
Ötən həftə yayılan məlumata görə, Rusiya Əsədin 6 aylıq siyasi keçid prosesindən sonra vəzifəsindən getməsini nəzərdə tutan planı ABŞ-a təqdim edib. İddiaya görə, plan Vaşinqtonla yanaşı, Türkiyə tərəfindən də qəbul olunub. Türkiyənin altı ay sonra iqtidardan getmək şərti ilə Suriyada Bəşər Əsədin iştirak etdiyi keçid hökumətini qəbul etməyə hazır olduğu deyilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bir müddət əvvəl keçid hökumətində Bəşər Əsədin ola biləcəyi barədə açıqlama vermişdi.
Türkiyənin də daxil olduğu və “9-lar” adlanan ölkələr qrupunun təklif etdiyi həll planında Əsədin vəzifəsində səlahiyyətləri məhdudlaşdırılaraq saxlanılması nəzərdə tutulur. Plana görə, “Muhaberat” (Suriyanın kəşfiyyat xidməti) və Suriya ordusu Əsəd deyil, keçid hökumətinə bağlı olmalıdır. Keçid hökumətinin rəhbərliyi həm Əsədin gələcəyini müəyyənləşdirməli, həm də ölkəni Əsəddən sonrakı dövrə hazırlamalıdır.
Rusiyanın istəyi isə odur ki, Əsəd müharibə cinayətlərinə görə mühakimə olunmasın, ailəsinin təhlükəsizliyi təmin edilsin və hansı ölkədə yaşayacağına dair özü qərar versin.
Rusiyanın “Kommersant” nəşri isə Suriya prezidenti Bəşər Əsədin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşünün detallarını əldə edərək şok bir iddia ilə çıxış etmişdi. Nəşr yazıb ki, Suriya prezidenti yaxın zamanda istefa verəcəyini açıqlayacaq.
Ömər Dağlı
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət