Merkel Hitler obrazında: deputat 3 min dollar cərimələndi
Bizi izləyin

Dünya

Merkel Hitler obrazında: deputat 3 min dollar cərimələndi

Avropa Parlamentinin deputatı, İtaliyanın sağ yönümlü “Şimal Liqası” partiyasının üzvü Canluka Buonano 3 min dollar cərimələnib və 10 gün ərzində parlamentdə iştirakdan kənarlaşdırılıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, buna səbəb deputatın üzərində Almaniya kansleri Angela Merkelin Hitler obrazında şəkli olan köynək geyinməsi olub.

O, oktyabrın əvvəlində Avropa Parlamentində “Volkswagen” şirkətinə məxsus avtomobillərin taleyi ilə bağlı debatlarda iştirak edən zaman Merkeli tənqid edərək əynindəki sviteri çıxarıb və xanım kanslerin Hitlerə bənzədilmiş şəklinə diqqəti çəkib.

Daha əvvəl də Buonano teledebatlarda Merkeli Hitlerlə müqayisə etmişdi. O, cərimələndikdən sonra oz “Facebook” səhifəsində etiraz əlaməti olaraq ona qarşı ədalətsizlik edildiyini bildirib:

“Üç min dollar cərimə və 10 gün parlamentdə iştiraka qadağa. Budur alman demokratiyası”.

Qeyd edək ki, “Şimal Liqası” partiyasının üzvləri öz qalmaqallı bəyanatları ilə məşhurdurlar. 2013-cü ildə partiyadan olan senator Roberto Kalderoli inteqrasiya naziri Sesil Kenqi oranqutan adlandırmışdı.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm