Tacikistanda yemiş şəklində çayxana tikilib - FOTO
Bizi izləyin

Dünya

Tacikistanda yemiş şəklində çayxana tikilib - FOTO

Tcikistanın paytaxtı Düşənbədən 20 kilometr aralıqdakı Hisar şəhərində yemiş şəklində tikilmiş çayxananın rəsmi açılış mərasimi keçirilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, şəhərin 3000 illiyinə təsadüf edən təntənəli tədbirə ölkə prezidenti Emomali Rahmon da qatılıb. Dövlət başçısının rəsmi saytında “qədim şəhərsalma ənənələrinə” uyğun tikilmiş çayxananın 43 metr hündürlüyündə olduğu bildirilir. Məlumata əsasən yeni binanın eni 55, uzunluğu isə 100 metr təşkil edir.

Milli şənliklərə xüsusi əhəmiyyət verən Tacikistanda son illər ərzində Qarpız, Yemiş, Balqabaq, Bal və Plov günləri kimi bir sıra yeni bayramlar təsis edilib. Ölkədə qışın başa çatması və məhsulun yığımı ilə bağlı qədim bayram ənənələri bərpa olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm