Hitlerin şifrələmə aparatı hərracda satıldı - FOTO
Bizi izləyin

Dünya

Hitlerin şifrələmə aparatı hərracda satıldı - FOTO

İkinci Dünya Müharibəsi illərində Almaniya tərəfindən istifadə edilən şifrələmə aparatı hərracda satılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Enigma M4” aparatına 365 min dollar verən kolleksiyaçının adı açıqlanmayıb.

Sözügedən aparatlardan müharibənin son mərhələlərində yalnız 150 ədəd istehsal olunub. Gizli mesajları şifrələyən “Enigma M4” aparatları əsasən sualtı qayıqlarda istifadə edilirdi.

İndiyə kimi dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən 50 ədəd “Enigma” aparatı var. Bunların yalnız yeddisi “U-bot” kimi tanınan sualtı qayıqlarda ələ keçirilən M4 modelidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm