Sabiq prezidentdən ŞOK ETİRAF: “Talibanı Rusiya ilə...”
Bizi izləyin

Dünya

Sabiq prezidentdən ŞOK ETİRAF: “Talibanı Rusiya ilə...”

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf ölkəsi ilə bağlı şok iddialar səsləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, Pakistanın vaxtilə 13-dən çox terror qruplaşmasını dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, həmin terror qruplaşmalarının bəziləri Hindistana qarşı fəaliyyət göstərirdi. Pərviz Müşərrəf İslamabadın Talibanın əməliyyatlarını hazırladığını və onun üzvlərini Rusiyaya qarşı mübarizəyə istiqamətləndirdiyini deyib.

Keçmiş prezident Taliban, Xakkani, Üsama bin Laden və əz-Zavahiri kimi liderlərin Pakistanın qəhrəmanı olduğunu bildirib. Onun sözlərinə görə, 1979-cu ildə Pakistan “dini mübariz elementlər”i dəstəkləməyə başladı və “dini cəngavərlik” termini onun ölkəsində yenidən doğuldu.

“1990-cı illərdə Kəşmirin (Hindistan və Pakistan arasında mübahisəli region) azad edilməsi üçün mübarizə başlandı. Həmin illər “Laşkar-e-Tayba” olmaqla 11-12 qruplaşma ortaya çıxdı. Biz onların üzvlərini dəstəkləyirdik. Çünki onlar Kəşmir üçün şəxsi həyatları bahasına mübarizə aparırdılar”, - keçmiş prezident vurğulayıb.

Qeyd edək ki, Pərviz Müşərrəf 1999-cu ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib. 2001-ci ilin iyun ayının 20-dən etibarən prezident kreslosuna yiyələnən Pərviz Müşərrəf həmin vaxta kimi baş nazir vəzifəsini tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm