Dünya
Saakaşvili Odessa sakinlərini “yaşıl adamcığazlar”a qarşı mübarizəyə çağırdı

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa şəhərinin sakinlərini mer seçkilərinə etiraz etmək üçün vilayət administrasiyasının binasına çağırıb.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Saakaşvili Odessa sakinlərinə “oğrular və fırıldaqçılara qarşı komitə” yaratmağa kömək etmək niyyətində olduğunu bəyan edib.
“Bu gün “yaşıl adamcığazlar” sifəti ilə mer seçkilərinin nəticələrini saxtalaşdıraraq Odessa meriyasını tutdular. Mən vətəndaşları laqeyd olmamağa, oğrulara və fırıldaqçılara qarşı komitəni yaratmaq üçün onları vilayət administrasiyasının binasına gəlməyə çağırıram. Komitə şəhəri dağıtmağa və qarət etməyə icazə verməyəcək, Odessa sakini üçün vəziyyəti yaxşılığa doğru dəyişdirməyə kömək edə biləcək”, - Saakaşvili “Facebook” səhifəsində yazıb.
Odessa şəhər seçki komissiyasının məlumatına görə, Odessanın hazırkı meri Gennadi Truxanov oktyabrın 25-də keçirilən seçkilərdə 50 faizdən çox səs toplayaraq mer seçilib. Saakaşvilinin məsləhətçisi Aleksandr Borovik ikinci yeri tutub.
Ömər Dağlı

-
Sosial09:46
DİN polisin ölümü ilə bağlı açıqlama yaydı - FOTO - (YENİLƏNDİ)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: maliyyə stabilliyi hər an pozula bilər
-
Avropa00:00
Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini AZAD ETDİ
-
MDB2 İyul 23:00
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi
-
Region2 İyul 21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa2 İyul 19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin12 İyul 18:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial2 İyul 17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi