• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Ankarada terror aktını bu təşkilat törədib

  • Dünya
  • 28 Oktyabr 2015 17:08
  • 699 Baxış
Ankarada terror aktını bu təşkilat törədib

Ankara Respublika Baş prokurorluğu oktyabrın 10-da Ankara dəmir yolu stansiyasının yaxınlığında törədilən terror aktı ilə əlaqədar açıqlama yayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada Ankara hücumunun 1 noyabr parlament seçkilərini təxirə salmaq və hökumətin qurulmasına mane olmaq məqsədi daşıdığı bildirilir.

Prokurorluğun gəldiyi qənaətə görə, hücum üçün təlimatı İŞİD terror təşkilatı verib. Bildirilir ki, terror aktını paytaxtda keçirməkdə əsas məqsəd Türkiyəyə gözdağı vermək olub.

“Qaziantepdəki terror qrupunun birbaşa Suriyadakı İŞİD terror təşkilatından təlimat alaraq Türkiyə daxilində qanlı hərəkətlər planlaşdırdığı aydın olub. Sözügedən qrupun Mersin və Adanada HDP-yə hücumlarda, Diyarbəkirdə HDP mitinqində törədilən terror aktında və Suruçdakı terror aktında iştirakına dair əsaslı dəlillər tapılıb. Bu terror qrupuna İŞİD-in Suriyadakı mərkəzindən davamlı şəkildə pul axdığı, ölkə daxilində bir çox terror aktları planlaşdırdığı, xüsusilə Suriyadan qaçqın olaraq ölkəmizə gələn və terror təşkilatları ilə əlaqəsi olmayan suriyalı gəncləri təşkilata cəlb etməyə çalışdıqları müəyyənləşdirilib”, - prokurorluğun açıqlamasında deyilir.

Açıqlamada qeyd olunur ki, İŞİD Qaziantepdəki terror qrupundan terror aktını törədəcək kamikadzelərin xüsusilə Türkiyə vətəndaşlarından seçilməsini tələb edib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR