Türkmən komandir: “Rusiya ilə 5 ildir döyüşürük”
Bizi izləyin

Dünya

Türkmən komandir: “Rusiya ilə 5 ildir döyüşürük”

“Ruslar bu gün ortaya çıxmadı. Təxminən 5 ildir yalnız Əsədlə deyil, Rusiya, İran və Livan şiələri ilə də döyüşürük”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Bayırbucaq türkmənlərinin "Sultan Əbdülhəmid Xan" briqadasının komandiri Ömər Abdullah söyləyib.

O, rusların Əsəd rejiminə təxminən 5 ildir dəstək verdiyini, bu gün isə dəstəyin daha açıq şəkildə ortaya çıxdığını deyib.

“Bizlər Bayırbucağı 50 ildir qoruyuruq, qorumağa da davam edəcəyik. Bu torpaqlar bizə əcdadlarımızdan qalıb. Türkmənlər olaraq əlli ildir onsuz da təzyiq altındayıq. Qanımızın son damlasına qədər mübarizəmizi davam etdirəcəyik. Torpağa sahip durmayan namusuna da sahip durmaz”, - briqadasının komandiri qeyd edib.

O, Rusiyanın İŞİD adı ilə türkmənləri və dinc vətəndaşları vurduğunu bildirib. Rusiyanın Əsədə verdiyi dəstəyin müxalifət güclərini sındırmadığını deyən Ömər Abdullah dəstəyə baxmayaraq rejim güclərinə aid 200 tankı məhv etdiklərini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm