Terrorçu özünü partlatdı, 15 nəfər həlak oldu
Bizi izləyin

Dünya

Terrorçu özünü partlatdı, 15 nəfər həlak oldu

Əfqanıstanın Mayman şəhərində intiharçı terrorçunun özünü partlatması nəticəsində 15 nəfər həlak olub, 28 nəfər xəsarət alıb. Bu barədə "Reuters" xəbər yayıb.


Yaraqlı özünü şimal əyalətinin inzibati mərkəzi olan şəhər bazarına girişin yaxınlığında partladıb.


Əyalətin qubernatoru Məhəmmədulla Pataş agentliyə bildirib: "Bu gün bazar günüdür və terrorçu özünü partladanda burada çoxlu adam olub". Onun sözlərinə görə, partlayışın konkret kimə qarşı törədildiyi hələ məlum deyil.


Bu arada BMT-nin Əfqanıstandakı missiyasının (MOONSA) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Əfqanıstanda 359 mülki şəxs həlak olub, 647 nəfər yaralanıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 19 faiz çoxdur.

Ötən bazar ertəsi BMT TŞ MOONSA-nın mandatını daha bir il uzadıb. Əfqan hökumətinin xahişi ilə missiya Əfqanıstanda 2014-cü il aprel beşinə nəzərdə tutulmuş prezident, 2015-ci il parlament seçkilərinin təşkilində yerli hakimiyyətə kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm