Dünya
PKK MİT-in adamlarını edam etdi
PKK terror təşkilatı və “Paralel dövlət” 2014-cü ilin yanvar və oktyabr aylarında Şimali İraqda gizli şəkildə görüşərək Türkiyəyə qarşı ittifaq yaradılması barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, Türkiyənin “Sabah” nəşri PKK və KCK-nın (Kürd Cəmiyyətləri Birliyi) üst səviyyəli rəhbərləri “Camal” kod adlı Murad Karayılan, “Bahoz Ərdal” kod adlı Fehman Hüseyn və PDY-nin Şimali İraq imamı Talib Büyük ilə “Paralel dövlət”in təhsil və media sektorundakı idarəçiləri Camal Bulud və Doğan Ərtoğrulun 3 dəfə görüşdüyünü yazıb.
İlk görüş 10-12 yanvar, ikinci və üçüncü görüşlər isə 28 oktyabr 2014 və 31 oktyabr 2014-cü illərdə baş tutub. Kəşfiyyat strukturlarının əldə etdiyi məlumata görə, “Paralel dövlət”in idarəçiləri təhlükəsizlik və Milli İstihbarat Təşkilatının (MİT) PKK-nın içindəki adamlarının siyahısını terror təşkilatının idarəçilərinə verib.
“Paralel dövlət” bununla da kifayətlənməyib, siyahıdakı şəxslərin dövlətə çalışdığına PKK idarəçilərini inandırmaq üçün sübutlar təqdim edib. Həmin şəxslərə aid olan fotoşəkil və sənədləri, telefon danışıqlarının səs qeydləri, kəşfiyyat dilində F-3 və F-4 hesabatları kimi tanınan xəbər hesabatları PKK-ya verilib. Sızdırılan bu məlumatlardan sonra dövlətin PKK və KCK daxilindəki adamları edam edilib.
“Paralel dövlət”in 6-8 oktyabr tarixlərində 50 mülki vətəndaşın öldüyü Kobani döyüşlərindən sonra PKK-ya 25 milyon dollar yardım etdiyi müəyyənləşdirilib.
Dövlətə məxsus bir çox gizli sənədləri əldə edə bilən “Paralel dövlət” prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və MİT-in PKK ilə bağlı strategiyasının yer aldığı sənədləri də terrorçulara verib. PKK-in xüsusi şifrəli xəbərləşmə metodlarının Türkiyə kəşfiyyatı tərəfindən necə ifşa edildiyinə dair sənədlər də terror təşkilatına təqdim edilib.
Ömər Dağlı
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var