Dünya
“İŞİD bizi təhdid etmir, əsl təhlükə İrandır” – Vaşinqtonda ŞOK açıqlama

İsrailin müdafiə naziri Moşe Yalon ABŞ-ın paytaxtı Vaşinqtonda amerikalı həmkarı Eşton Karterlə görüşdən sonra keçirilən mətbuat konfransında İrana qarşı sərt ittihamlar səsləndirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Moşe Yalon İŞİD terror təşkilatının İsraili təhdid etmədiyini, əsl təhlükənin İran olduğunu söyləyib.
İsrail müdafiə nazirinin sözlərinə görə, Təl-Əvivin Suriya ilə əlaqədar əsas narahatlığı İranın dəstəklədiyi “Hizbullah”ın Colan təpələrindən İsrailə qarşı cəbhə açmağa cəhd göstərməsidir. Qəzzada və Misirin Sina yarımadasında İŞİD üzvlərinin olduğunu deyən Yalon bildirib ki, İŞİD-in İsraili təhdid etməməsinin səbəbi təşkilatın yeni bir cəbhə açmaqdan qaçması ilə bağlıdır.
“İsrailin əsas narahatlığı İranın dəstəklədiyi təşkilatlardır”, - Yalon deyib.
ABŞ-ın müdafiə naziri Eşton Karter isə İsrailin təhlükəsizliyini təmin etmək üçün yeni yollar axtarmaqda davam etdiklərini söyləyib. İki ölkə arasındakı F-35 təyyarələri mövzusundakı əməkdaşlığa işarə edən yeni nəsil döyüş təyyarələrinin ABŞ və İsrail hava qüvvələrinin gələcəyi olduğunu vurğulayıb. O, İsrailin gələn il bölgədə F-35 qırıcılarına sahib ilk ölkə olacağını deyib.
Ömər Dağlı

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi