Hökumət parlamentin etimadını itirdi
Bizi izləyin

Dünya

Hökumət parlamentin etimadını itirdi

Moldova hökuməti bu gün parlamentin etimadını itirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hökumətə etimad səsverməsində 64 millət vəkili baş nazir Valeri Streletsin rəhbərlik etdiyi hökumətin əleyhinə səs verib.

Hökumətin əleyhinə səs verən qrupda demokratlar, sosialistlər və kommunistlərdən başqa bir müstəqil millət vəkili də yer alıb.

Moldovanın paytaxtı Kişnyovda bir aydan çoxdur hökumət əleyhinə etiraz aksiyaları keçirilirdi. Müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsi və yeni hökumətin qurulmasını tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm