Uruqvay prezidenti fransız xanımı belə xilas etdi
Bizi izləyin

Dünya

Uruqvay prezidenti fransız xanımı belə xilas etdi

Uruqvay prezidenti Tabare Vaskes Parisə uçarkən təyyarədə 17 yaşlı fransız xanıma təcili tibbi yardım göstərib.

Publika.az The Telegraph-a istinadən xəbər verir ki, Atlantik okeanın üzərindən uçuş zamanı təyyarənin bortunda olan sərnişinlərdən birində tənəffüs çatışmazlığı yaranıb. Məlum olub ki, qızda yediyi fındığa qarşı güclü allergiya var. Qızın anası sərnişinlərdən kömək istəyib. Təyyarənin komandiri sərnişinlərə müraciət edərək içəridə həkim olub-olmadığını soruşub. Köməyə ixtisasca həkim olan 75 yaşlı Vaskes gəlib.

Uruqvay prezidenti təyyarədə şəxsi həkimi ilə birgə olub. Onlar fransız xanıma yardım ediblər və qızın vəziyyəti yaxşılaşıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm