Dünya
7 erməni belə vuruldu – VİDEO

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Salavat şəhərində 7 erməninin güllələnməsi kameralara düşüb.
Publika.az xəbər verir ki, görüntülərə görə, naməlum insanlar “Şimal” bazasının ərazisində yerləşən avtoservisə yaxınlaşır və qapıdan içəri daxil olurlar.
Əllərində tüfəngə oxşar predmet olan şəxslər 6 dəqiqə sonra obyektivdə yenidən meydana çıxır və bazanın ərazisindən çıxışa tərəf qaçırlar. Videoyazıya görə, hücum üçün onlara beş dəqiqə vaxt lazım olub.
Xatırladaq ki, ötən gecə Başqırdıstan Respublikasının Salavat şəhərində 7 erməni güllələnib. Öldürülənlər yerli erməni biznesmeni və onun dostları olub. Zərərçəkənlər Salavat mərkəzi şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada mənbənin sözlərinə görə, üç nəfər qarın nahiyəsindən, üç nəfər isə bədənin digər hissələrindən, bir nəfər isə başından vurulub. Onlardan 4 nəfəri reanimasiya şöbəsində müalicə olunur.
Başından vurulan erməni - avtoservisin sahibi A.Sarkisyan xəstəxanada ölüb.
Ömər Dağlı

-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız