Obama geri çəkildi: ABŞ Putinin şərtini qəbul etdi
Bizi izləyin

Dünya

Obama geri çəkildi: ABŞ Putinin şərtini qəbul etdi

ABŞ Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı Rusiyanın irəli sürdüyü şərtləri qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, Ağ Ev Suriya prezidentinə keçid hökumətində təmsil olunmağa icazə verməyə hazırdır. Əsədin keçid hökumətində qalacağı müddət isə 6-7 ay nəzərdə tutulub. Məlumata görə, Rusiya Suriyada növbədənkənar prezident seçkilərinin keçirilməsini məqsədəuyğun hesab edir.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Suriya toplantısı keçiriləcək. Toplantıda ötən həftə müzakirələrə qatılan Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanıyla yanaşı, İran, İngiltərə, Fransa, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniya da iştirak edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm