Rusiyalı siyasətçi: “Putinin müvəffəqiyyətsizliyi qaçılmazdır”
Bizi izləyin

Dünya

Rusiyalı siyasətçi: “Putinin müvəffəqiyyətsizliyi qaçılmazdır”

“Rusiyada daxili elitaların mübarizəsi tam sürətlə gedir. Regional elitaların narazılığı da hər halda artacaq, çünki maliyyə piroqu azalır”.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediasına açıqlamasında Rusiya jurnalisti və siyasətçisi Andrey Piontkovski bildirib.

“Üç gün əvvəl Rusiya parlamentinin yuxarı palatasında sensasiyalı bəyanat səsləndi. Maliyyə naziri Siluanov bildirib ki, gələn il Rusiya Federasiyasının Ehtiyat Fondu tükənəcək. Buna görə də regionlar və mərkəz arasında münaqişə yalnız artacaq”, - ekspert hesab edir.

Piontkovski əmindir ki, Rusiya qubernatorlarının qalmaqallı həbsləri bu mübarizədə nümunə elementidir: “Yəni, boğulan gəmidə bu cür mübarizə həqiqətən baş verir. Rusiya ümumi böhran içindədir. Axı böhran məsələsi sadəcə iqtisadi böhranla müqayisədə daha ciddidir. Bu, böyük xarici siyasət böhranıdır. Putin Ukraynada məğlubiyyətə uğradı. O, bu məğlubiyyəti unutdurmaq üçün Suriyada macəraya başladı. Amma burada da qələbə qeyri-mümkündür. Putinin Suriya macərasının müvəffəqiyyətsizliyi tamamilə qaçılmazdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm