Analitik: “Putinin devrilməsi Ukrayna üçün...”
Bizi izləyin

Dünya

Analitik: “Putinin devrilməsi Ukrayna üçün...”

“Rusiya prezidenti Vladimir Putinin hakimiyyətindən gedişi və ya kənarlaşdırılması Ukrayna üçün çıxış yolu deyil”.

Publika.az xəbər verir ki, bu sözləri “Apostrof” nəşrinə Beynəlxalq Tədqiqatlar Mərkəzinin böyük analitiki Anatoli Oktisyuk deyib.

Onun sözlərinə görə, Putinin hakimiyyətdən gedişindən sonra Rusiya-Ukrayna münasibətlərində gərginliyin artması ehtimalı yüksəkdir: “Ukraynanın siyasi və ekspert cəmiyyətinin bəzi nümayəndələri hesab edirlər ki, Putinin hakimiyyətdən gedişindən sonra Rusiya-Ukrayna münasibətlərində yumşalma olacaq. Hətta bəziləri inanırlar ki, Putindən sonra Ukrayna işğal edilmiş Krım və Donbas hövzəsinin işğal edilmiş rayonlarının üstündə öz hakimiyyətini bərpa edəcək və Qərbin vasitəçiliyi ilə postsovet məkanında yeni oyun qaydaları hazırlanacaq.

Ancaq Rusiyada hakimiyyət və elitalar arasındakı balansın mövcud sistemi başqa cür düşünməyə əsas verir. Perspektiv nöqteyi-nəzərdən Putindən sonra Kremldə hakimiyyəti ordu və güc strukturlarının nümayəndələri, yaxud da millətçilər tuta bilərlər. Hadisələrin bu cür inkişafı Ukrayna üçün böyük risklər və təhlükələr gətirir. Hərbçilər kimi millətçilər də anlamırlar ki, Putin Kiyevi niyə sıxmır, Krımın zəbti və Donbasın bir hissəsinin tutulmasından sonra öz hərbi müvəffəqiyyətini niyə inkişaf etdirmir”.

Eyni zamanda ekspert bildirib ki, Rusiyada son 15 il ərzində rus şovinizmi üslubunda tərbiyə olunan yeni nəsil ortaya çıxıb.

“Onların fikrincə, “Üçüncü Roma”dır, dünya gücünün yeni mərkəzidir. Məhz Sovet İttifaqında da belə hesab edirdilər. Postsovet məkanında yeni dövlətlərin yaranması Rusiya Federasiyasında indiyə qədər geosiyasi “anlaşılmazlıq” hesab edilir. Hətta liberal dairələrdə də bu belədir”, - o, yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm