İnsan külünü kokain bilib iylədiyi üçün...
Bizi izləyin

Dünya

İnsan külünü kokain bilib iylədiyi üçün...

ABŞ-da oğurluq üçün evə girən narkotik aludəçisi ölən ev sahibinin külünü kokain bilib iylədiyinə görə həlak olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polis Frank Emeri adlı şəxs oğurluq üçün girdiyi evdə huşsuz vəziyyətdə tapıb. Sonradan özünə gələn şəxs ifadəsinin alınması üçün polis idarəsinə aparılıb. İfadəsi alınan zaman davamlı şəkildə halı pisləşən Emeri xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis Emerinin kriminal keçmişinin olduğunu və bir neçə dəfə narkotiklə əlaqədar həbs edildiyini açıqlanyıb.

Qeyd edək ki, musiqi tarixində ən uğurlu rok-qruplardan olan “Rolling Stones”in üzvü Keyt Riçardsın da aralarında olduğu bir neçə nəfər keçmişdə səhvən insan külünü narkotik maddə hesab edərək burunlarına çəkmişdi. Lakin Frank Emeri bu səbəbdən ölən ilk insan olaraq tarixə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm