Çipras: “Avropalı liderlərin arasında olmaqdan utanıram”
Bizi izləyin

Dünya

Çipras: “Avropalı liderlərin arasında olmaqdan utanıram”

Yunanıstanın baş naziri Aleksis Çipras mühacir böhranı ilə əlaqədar olaraq Avropa Birliyini ikiüzlülükdə ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Avropa Birliyinin üzvü olmaqdan utandığını söyləyib.

“Qaçqın faciəsinə görə məsuliyyəti başqalarının üzərinə atan avropalı liderlərin arasında olmaqdan utanıram. Egey dənizi sahillərində ölən uşaqlar üçün tökülən göz yaşları ikiüzlülük, timsah göz yaşlarıdır”, - Çipras parlamentdə etdiyi çıxışında dilə gətirib.

Qeyd edək ki, yalnız son bir həftə ərzində Türkiyədən Yunanıstana keçmək istəyən 35 qaçqın həyatını itirib. 2015-ci ildə Aralıq dənizində bataraq ölənlərin sayı isə 3 minə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm