Dünya
Qəzaya düşən Rusiya təyyarəsində əvvəldən nasazlıq olub

Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarədə sağ qalan yoxdur.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press"ə Misirin təhlükəsizlik xidmətindən olan anonim mənbə məlumat verib. Mənbə bildirib ki, mətbuatla təmasa icazə verilmədiyindən rəsmi açıqlama yaymaq mümkün deyil. Daha əvvəl sağ qalanların olduğu ehtimal olunsa da, bu, təsdiqini tapmayıb.
Qəzaya səbəb kimi təyyarənin mühərrikində nasazlıq göstərilir. Həftə ərzində ekipaj üzvlərinin bir neçə dəfə mühərrikdə nasazlıq olması ilə bağlı narazılıq etdiyi bildirilir.
Hadisə ilə bağlı Rusiya Təhqiqat Komitəsi araşdırmaya başlayıb və faktla bağlı cinayət işi açılıb.
“İnterfax”ın yazdığına görə, laynerin pilotu Əl-Ariş şəhər aeroportunda məcburi enişlə bağlı müraciət edib. O, dispetçerləri təyyarədəki nasazlıqla bağlı xəbərdar edib.
Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçub. Təyyarənin bortunda 217 sərnişin və 7 ekipaj üzvü olub.
Gülnar Əliyeva

-
Dünya03:43
Bu ölkədə zabitin cinsiyyət orqanı OĞURLANDI
-
Nida Xəbər 03:13
Militarizasiya səviyyəsi ən yüksək olan bölgə - VİDEO
-
Magazin202:42
Sofi Loren xəstəxanaya yerləşdirildi
-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq