İŞİD Rusiya təyyarəsini belə vurdu - VİDEO/FOTO
Bizi izləyin

Dünya

İŞİD Rusiya təyyarəsini belə vurdu - VİDEO/FOTO

Rusiyaya məxsus “Airbus-321” laynerinin Misirdə qəzaya uğramasına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Amma ekspertlər hadisənin arxasında İŞİD-in olması barədə versiyaya inanmırlar. Mütəxəssislərin sözlərinə görə, İŞİD də daxil olmaqla regionda olan terror qruplaşmaları 3-4 min metrdən daha yüksəkdən uçan hədəfləri vurmaq üçün silah sistemlərinə malik deyillər.

Qeyd edək ki, “Koqalmavia” aviaşirkətinə məxsus təyyarə Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçurdu. Havaya qalxdıqdan 23 dəqiqə sonra təyyarə Larnaki rayonunda radarlardan itib. Sina yarımadasında qəzaya uğrayan təyyarədə 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç birinin sağ qalmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm