Cənub bölgəsində suyun səviyyəsi aşağı düşüb
Bizi izləyin

Dünya

Cənub bölgəsində suyun səviyyəsi aşağı düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) respublikanın cənub bölgəsində intensiv yağışların törətdiyi fəsadlar və onların nəticələrinin aradan qaldırılması haqqında məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törədib. Belə ki, bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basıb.

Dərhal FHN-in Mülki Müdafiə Qoşunlarının 38 nəfər zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin 15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası hadisə ərazisinə cəlb olunub, Cəlilabad rayonunda əməliyyat qərargahı yaradılıb, rəhbər heyət bölgəyə ezam edilib.

Görülmüş operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Göyşaban kəndində 1 ailə (3 nəfər) təxliyə edilib.

Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılıb. Hazırda suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalıb və təhlükə qalmayıb.

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm