• USD 1,7000 0,00% EUR 1,9479 0,00%
    • GBP 2,2135 0,00% RUB 0,0259 0,00%

Rusiya təyyarəsinin düşmə anı - VİDEO

  • Dünya
  • 1 Noyabr 2015 00:17
  • 1 916 Baxış
Rusiya təyyarəsinin düşmə anı - VİDEO

Misirdən Rusiyaya gedən "Airbus A-321" tipli təyyarənin qəzaya düşmə anını əks etdirdiyi iddiası ilə daha bir video bu dəqiqələrdə yayılıb.

Axar.az xəbər verir ki, qəza anını əks etdirən bu görüntüdə təyyarənin doğrudan da raketlə vurulmadığı, texniki nasazlıq nəticəsində yerə çırpıldığı görünür.

Bundan az öncə isə İŞİD Rusiyaya məxsus sözügedən təyyarəni PZRK raketi ilə vurduğunu bildirmişdi və görüntü də yaymışdı. Rusiya tərəfi isə PZRK-nın maksimum 6,4 kilometr hündürlüyündə olan obyekti vura bilmək imkanlarını vurğulayaraq, 9,5 min metr yüksəklikdəki "Airbus"u vurmaq üçün İŞİD-in hərbi texnikaya malik olmadığını bildirmiş və iddiaları rədd etmişdi.

Bu qəza görüntüsündəki mənzərə də təyyarənin qalıqlarını əks etdirən fotolardakı ərazi ilə eyniyyət təşkil edir.

Qeyd edək ki, qəza nəticəsində 217 sərnişin, 7 ekipaj üzvünün hamısı həlak olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>