İrana ingilis ŞOKU: İngiltərə hərbisi Fars körfəzinə yerləşdirilir
Bizi izləyin

Dünya

İrana ingilis ŞOKU: İngiltərə hərbisi Fars körfəzinə yerləşdirilir

Fars körfəzində birinci Britaniya hərbi dəniz bazası inşa ediləcək.

Axar.az xəbər verir ki, Fars körfəzində hərbi dəniz bazasının təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Bəhreyn Xarici İşlər naziri Xalid Ben Əhməd və Böyük Britaniya XİN rəhbəri Filip Hammond iştirak edib.

Bu, 1971-ci ildən sonra Fars körfəzində inşa edilən Avropaya məxsus ilk hərbi dəniz bazası olacaq.

Hammond hərbi bazanın açılışının gələn il üçün nəzərdə tutulduğunu bildirib. Bəhreyn və Böyük Britaniya arasında münasibətlərin qurulmasının 200 illiyi ilə bağlı keçiriləcək mərasim zamanı hərbi bazanın da açılışı olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm