Türkiyədə şok çağırış: “Bu gün küçəyə çıxmayın!”
Bizi izləyin

Dünya

Türkiyədə şok çağırış: “Bu gün küçəyə çıxmayın!”

Türkiyənin Hatay vilayətinin Kırıkhan və Yayladağı bələdiyyələri bölgədə yaşayan suriyalı qaçqınlara müraciət edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bələdiyyələr türk və ərəb dillərində etdiyi anonslarla suriyalılardan saat 08.00-18.00 aralığında küçəyə çıxmamalarını istəyib.

“Seçki təhlükəsizliyi baxımından 08.00-18.00 saatlarında Suriya vətəndaşlarının zəruri hallar istisna olmaqla küçəyə çıxmamaları vacibdir”, -anonsda deyilir.

“Anadolu” agentliyi Hatayda suriyalıların sıx yaşadığı digər bölgələrdə də seçki günü küçəyə çıxma qadağasının tətbiq olunacağını xəbər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm