Dünya
Klintonu Liviya liderini “alçaltmamağa” çağırıb – ŞOK MƏKTUB
İngiltərənin keçmiş baş naziri Toni Bleyer 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafi rejimini xilas etməyə çalışırdı.
Publika.az Böyük Britaniyanın “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti tərəfindən açıqlanan və keçmiş dövlət katibi Hillari Klintona məxsus yazışmalarda bildirilir.
2011-ci ildə Yaxın Şərq Kvartetinin Xüsusi Nümayəndəliyinin rəhbəri olan Toni Bleyer dəfələrlə Qəddafi ilə telefon danışıqları aparıb və Klintonu Liviya liderini “alçaltmamağa” çağırıb. Keçmiş baş nazir dövlət katibinə Qəddafinin “sağ əli”nin ağıllı insan olduğunu yazırdı. “The Daily Mail” nəşri güman edir ki, söhbət Liviyanın Xarici İşlər Nazirliyinin ondakı başçısı Musa Kusse və yaxud da Liviya kəşfiyyatının rəhbəri Abdulla Senussidən gedirdi.
“Qəddafinin sağ əli mənə zəng vurdu. O, münaqişənin nizama salınması haqqında soruşurdu. Bildirdi ki, Qəddafinin adından danışır. Mən bildirdim ki, danışıqların aparılması üçün kimisə təyin etmək lazımdır, əgər o, bunu etsə mən də bu barədə başqa tərəfə mütləq məlumat catdıracağam və danışıqların aparılması imkanına baxacağam”, - “The Daily Mail” Bleyerin 9 avqust 2011-ci il tarixdə Klintona yazdığı məktubdan sitat gətirib.
Həmin məktubda keçmiş baş nazir Klintona öz elçisini seçməyi təklif edir və bildirirdi ki, “insan sağlamdüşüncəlidir və qulaq asmağa hazırdır” (Söhbət Qəddafidən gedir – Red.)
Qeyd edək ki, Qəddafi 2011-ci ildə ABŞ-ın dəstəyi ilə devrildikdən sonra ölkədə vətəndaş müharibəsi başlanıb. Hazırda ölkədə iki hökumət qüvvədədir: seçilmiş və dünya cəmiyyəti tərəfindən tanınan demokratik Tobruk hökuməti və Tripolidəki islamçıların hökuməti.
Ömər Dağlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular