Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

Misirin Sinay yarımadasında qəzaya uğrayan rus təyyarəsinin iki qara qutusu tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat naziri Sergey Sokolov deyib.

“Təyyarənin iki qara qutusu tapıldı. Onlar kiçik zərər görüb. Təyyarənin terrorçular tərəfindən vurulması haqda məlumatlara inanmıram”, - deyə Sokolov bildirib.

Rosaviasiyanin rəhbəri Aleksandr Neradko isə qəza ilə bağlı konkret məlumata sahib olmadıqlarını deyib:

“Qəzanın texniki qüsur yaxud pilot xətası səbəbindən baş verməsi haqda dəqiq məlumatlarımız yoxdur. Terrorçular tərəfindən vurulması fikri də inandırıcı görünmür. Yalnız araşdırmalardan sonra yekun nəticə əldə olunacaq”.

Qeyd edək ki, indiyə qədər 150 meyit təyyarə qalıqları arasından çıxarılaraq Qahirədəki morqa aparılıb. Ölənlərdən DNA testləri götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm